Əl-Cəzirənin şöbə müdiri: “Qərb mətbuatında xəbər başlıqları çox qərəzlidir”

Əl-Cəzirənin şöbə müdiri: “Qərb mətbuatında xəbər başlıqları çox qərəzlidir”

Hazırda oxunan: Əl-Cəzirənin şöbə müdiri: “Qərb mətbuatında xəbər başlıqları çox qərəzlidir”

202966

“Qərb mətbuatında xəbər başlıqlarının seçimi çox selektiv və qərəzlidir. Son illər bu problemlə bağlı danışıqlar gedir, sərlövhələr təhrif olunur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Media tədqiqatları şöbəsinin müdiri Mohamed Er-Raji 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər" adlı panel müzakirədə deyib.

“Biz xəbər agentliyi olaraq dəqiqliyə, sürətə və obyektivliyə çox önəm verməliyik. Hansısa yanlış xəbər bizim etimadımıza zərər verməli deyil.

Dezinformasiya təkcə hansısa özəl qurumlar tərəfindən yox, həmçinin dövlət tərəfindən də yayılır. Biz bu problemə qarşı birləşərək daha səmərəli mübarizə aparmalıyıq”, - deyə Mohamed Er-Raji vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO