Şuşadan MÜHÜM MESAJLAR: “Kimsə maraqlarımızı görməzdən gəlməyə çalışsa…”

Şuşadan MÜHÜM MESAJLAR: “Kimsə maraqlarımızı görməzdən gəlməyə çalışsa…”

Hazırda oxunan: Şuşadan MÜHÜM MESAJLAR: “Kimsə maraqlarımızı görməzdən gəlməyə çalışsa…”

202874

“Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO


Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, - söyləyən dövlətimizin başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO