Əvvəl Azay Quliyevin xeyrinə namizədliyini geri götürən Elmira Fərzəliyeva bu dəfə Kəmaləddin Qafarova RƏQİB OLDU

Əvvəl Azay Quliyevin xeyrinə namizədliyini geri götürən Elmira Fərzəliyeva bu dəfə Kəmaləddin Qafarova RƏQİB OLDU

Hazırda oxunan: Əvvəl Azay Quliyevin xeyrinə namizədliyini geri götürən Elmira Fərzəliyeva bu dəfə Kəmaləddin Qafarova RƏQİB OLDU

202729

Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən Kəmaləddin Qafarovun namizədliyini irəli sürüb. 

Bizim.Media-nın əldə etdiyi informasiyaya əsasən, hazırda Kəmaləddin Qafarovun 13 rəqibi var. 

Namizədlərin siyahısı belədir:

Bəhram Nağıyev

Azər Hüseynov

Seymurr Əsgərli

Səfər Alışarlı

Rəşad Rrzayev

Əli Orucov

Taleh Əliyev

Namiq Əliyev

Elmin İsmayılov

Cəmil Hacızadə

Rafiq Namazov

Aydın Mirzəyev

Elmira Fərzəliyeva

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olan Əli Orucov 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Kəmaləddin Qafarova uduzmuşdu. Ə.Orucov bu il də eyni dairədən Kəmaləddin Qafarova rəqib olub.

Xatırladaq ki, Kəmaləddin Qafarov V və VI çağırış deputatı olub.

K.Qafarovun rəqibləri arasında yer alan Elmira Fərzəliyeva da 2020-ci ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin maraqlısı odur ki, kifayət qədər səs toplamasına baxmayaraq, Elmira Fərzəliyeva seçkilərə bir neçə gün qalmış Azay Quliyevin xeyirinə öz namizədliyini geri götürüb. 

Onu da qeyd edək ki, YAP builki seçkilərdə Azay Quliyevin namizədliyini irəli sürməyib.

Xatırladaq ki, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri və Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova 2020-ci ildə keçirilən seçkilərdə Kəmaləddin Qafarova rəqib olsa da, bu il hələ ki sözügedən dairədən namizədliyini irəli sürməyib.
Günel Səfərovanın deputatlığa namizəd olub-olmayacağını öyrənməyə çalışsaq da, onunla əlaqə yaratmaq mümkün olmayıb. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO