İlham Əliyev finlandiyalı həmkarı ilə Ermənistanla sülh gündəliyini MÜZAKİRƏ EDİB

İlham Əliyev finlandiyalı həmkarı ilə Ermənistanla sülh gündəliyini MÜZAKİRƏ EDİB

Hazırda oxunan: İlham Əliyev finlandiyalı həmkarı ilə Ermənistanla sülh gündəliyini MÜZAKİRƏ EDİB

202581

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırlayıb, bu telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident litvalı həmkarı ilə görüşdü – FOTO


Söhbət zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub. Dövlətimizin başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulanıb.

Görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Finlandiya Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzulayıb.
Söhbət zamanı Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirilib, bunun başadüşülən olmadığı çox böyük təəssüflə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO