Dünən vəzifədən azad olan Eyvaz Qurbanov deputat olur?

Dünən vəzifədən azad olan Eyvaz Qurbanov deputat olur?

Hazırda oxunan: Dünən vəzifədən azad olan Eyvaz Qurbanov deputat olur?

202409

Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını müəyyən edib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə siyahıda sürpriz adlar var. YAP-ın namizədləri siyahısında Eyvaz Qurbanovun da adı var.

Qeyd edək ki, Eyvaz Qurbanov ötən gün Dövlət başçısının imzaladığı sənədə əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O bu dəfə qanunverici orqanda təmsil olunmağa çalışacaq. Nəzərə alaq ki, Eyvaz Qurbanov bundan əvvəl bir dəfə Milli Məclisə mandat qazanıb. O 2005-2010-cu illərdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən parlamentə üzv seçilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO