Azərbaycan Milli Məclisinin VII çağırışa deputat olmaq istəyən şəxslərdən biri də Asim Mollazadədir. O, 1 sentyabr 2024-cü ildə keçiriləcək seçkilərdə təmsil olunmaq üçün partiyası ilə birlikdə prosesə ciddi hazırlaşdığını bildirib.
Bu barədə Bizim.Media-ya özü açıqlama verib:
MÖVZU İLƏ BAĞLI:
Parlament seçkilərində iştirak etmək üçün 431 nəfər müraciət edib – RƏSMİ
“Yaxın günlərdə bizim partiyanın şurasının toplantısı olacaq, hazırlaşırıq. Orada bütün dairələri müəyyənləşdirəcəyik.
Bütün təşviqat üsullarından istifadə etməyi düşünürük. Seçkidə hər zaman çətinliklər olur. Bu prosesin özü mürəkkəbdir. Ancaq bizim kifayət qədər təcrübəmiz var. Seçicilərin çoxunu şəxsən yaxşı tanıyırıq. Bizim onlarla əlaqələrimiz olub və əminəm ki, olacaq da...”
Məhərrəm Əliyev, Bizim.Media