ABŞ demokratiyasında SİLAHLI QARŞIDURMA – Atan “Demokratlar”dır? 

ABŞ demokratiyasında SİLAHLI QARŞIDURMA – Atan “Demokratlar”dır? 

Hazırda oxunan: ABŞ demokratiyasında SİLAHLI QARŞIDURMA – Atan “Demokratlar”dır? 

202103

ABŞ yaranandan bəri bu günə qədər ölkənin 4 prezidenti sui-qəsdin qurbanı olub. Abraham Linkoln 1865-ci, Ceyms Qarfild 1881-ci, Villiam MakKinley 1901-ci, Con Kennedi isə 1963-cü ildə sui-qəsd nəticəsində öldürülürlər. Ronald Reyqan sui-qəsdə məruz qalsa da, sağ qalır. Prezidentliyə namizədlər arasında Teodor Ruzvelt sui-qəsdə məruz qalır. Robert Kennedi isə sui-qəsdlə öldürülür. Corc Uolles isə anoloji hadisə nəticəsində iflic olur.  

Bu dəfə isə Donald Trampa qarşı sui-qəsd törədildi…

Görünən odur ki, prezidentlər və yaxud namizədlərə qarşı sui-qəsd olayları Amerikada tez-tez baş verir. Belə hallar Amerika demokratiyasının sanki bir parçasına çevrilib. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, namizəd olan şəxsə qarşı törədilən sui-qəsd demokratiya adına kölgədir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan İLK AÇIQLAMA: "Ölkəmizdə bunun baş verə biləcəyi inanılmazdır”


Onun fikrincə, bu həm də Amerika demokratiyası və cəmiyyətinin o qədər də ideal, demokratik cəmiyyət olmadığının göstəricisidir: 

“ABŞ demokratiyası barədə dünyada bir ilyuziya mövcuddur. Bu da heç şübhəsiz Amerikanın gücü ilə bağlıdır. Fikrimcə, ABŞ iqtisadiyyatı və hərbi gücü Amerika demokratiyasından daha güclüdür. Məhz iqtisadi və hərbi-siyasi güc ideal Amerika demokratiyası haqqında təsəvvürləri formalaşdıran əsas komponentlərdir”.

Amerikalların vərdiş etdiyi siyasi sistem…

Həmsöhbətimiz düşünür ki, ABŞ-da seçki sistemi demokratik tələblərə cavab verməyən bir sistemdir: 

“Ölkənin seçki sisteminə nəzər saldıqda görəcəyik ki, bəlkə amerikalıların vərdiş etdiyi, ancaq ədalət baxımından demokratiya tələblərinə cavab verməyən bir siyasi sistem mövcuddur. Seçki sistemi də bu siyasi sistemin tərkib hissəsidir. Yəni bu, təsəvvürlərimizdə olan demokratiya, ədalət və dəyərlərlə o qədər də üst-üstə düşmür. Çünki nümayəndəli demokratiyadır. Əslində bu ölkədə prezident seçici nümayəndələrin çoxluğunun səsilə seçilir. Məsələ ondadır ki, bu zaman Amerika vətəndaşlarının çoxluğunun səsi nəzərə alınmır. Bir neçə milyon səslə uduzan siyasi liderin dəfələrlə nümayəndəli seçki sistemi sayəsində qalib gəldiyinə şahidlik etmişik. Bəzən də qalib gəlməsə də belə, ABŞ Ali Məhkəməsinin qərarı ilə prezident təyinatı görmüşük”. 

“Namizəd olan şəxsə qarşı törədilən sui-qəsd demokratiya adına kölgədir”

Ekspert bildirir ki, ABŞ-da bu cür özünə məxsus seçki sistemi mövcud olduqca, bir o qədər də bənzər hadisələr baş verəcək: 

“Yəni qanun çoxluğun iradəsini əks etdirmədiyindən bəzən azlıq öz qanunlarını diktə edir. ABŞ-da hazırda seçki öncəsi vəziyyət məhz belədir. Demokratlar seçicilərin lazımi rəylərini əldə edə bilmir, respublikaçılar daha güclü görünür. Belə bir vəziyyətdə cəmiyyət, sistem sui-qəsdə aparacaq qədər radikallaşır. 
Amma nə olursa-olsun nəticə etibarı ilə Amerika elə Amerikadır. İlk dəfə deyil ki, belə hadisələr baş verir. Lakin bütün hallarda prezident olmuş və hazırda namizəd olan şəxsə qarşı törədilən sui-qəsd demokratiya adına kölgədir. Bu həm də Amerika demokratiyasının, cəmiyyətin heç də o qədər ideal, demokratik cəmiyyət olmadığının göstəricisidir. Cəmiyyət hər yerdə cəmiyyət, insanlar hər yerdə insandır. Müxtəlif səbəblərdən bəzən onların da belə radikal reaksiyaları olur. Bu isə yolverilməzdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO