MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırır

MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırır

Hazırda oxunan: MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırır

202077

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün MDB-nin müşahidə missiyasının formalaşdırılması prosesi gedir.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

“Missiyanın formalaşdırılması mərhələsindəyik”, - məlumatda qeyd edilib.

Təşkilat yaxın vaxtlarda müşahidə missiyasının rəhbərinin təyin olunacağını vurğulayıb. Mətbuat xidməti əlavə edib ki, missiyanın rəhbəri MDB-yə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Şurası tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO