Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:04 / 13.07.2024
İlham Əliyev Monteneqronun Prezidentini TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev Monteneqronun Prezidentini TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev Monteneqronun Prezidentini TƏBRİK ETDİ
201831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.