Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizə nə kimi dividendlər verəcək? – DETALLAR 

Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizə nə kimi dividendlər verəcək? – DETALLAR 

Hazırda oxunan: Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizə nə kimi dividendlər verəcək? – DETALLAR 

201727

“Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir”.

Bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib:

“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə, xüsusilə, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”. 

Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

Qeyd edək ki, iyulun 3-4-də Azərbaycan Prezidenti İlham Əliyev BRİCS-in Astana sammitində iştirak edib. Burada Prezident də ölkəmizin BRİCS-ə qəbul olunmasının vacibliyini qeyd edib. 

Bəs Azərbaycanın BRİCS-ə üzv qəbul olunması ölkəmizə hansı dividentlər verəcək?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq:

“BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən də Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək. Azərbaycanın Braziliya və Cənubi Afrika Respublikası ilə də sıx əməkdaşlıq əlaqələri var. Rusiya ilə də əlaqələrimiz daim inkişaf edir. Bu ölkə ilə də bir sıra layihələr həyata keçirilir. BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq”. 

Deputat qeyd edir ki, siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək:

“Azərbaycan dünya ölkələrilə əlaqələrini əməkdaşlıq və tərəfdaşlıq istiqamətində qurur. Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO