Şahbaz Şərif: “Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir”

Şahbaz Şərif: “Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir”

Hazırda oxunan: Şahbaz Şərif: “Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir”

201649

“Mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə İslamabadda geniş tərkibdə görüşü zamanı bildirib.

Şahbaz Şərif qeyd edib ki, Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub: “İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin.

Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO