Paşinyan “Artsax ordusu”nun buraxılacağını BƏYAN ETDİ

Paşinyan “Artsax ordusu”nun buraxılacağını BƏYAN ETDİ

Hazırda oxunan: Paşinyan “Artsax ordusu”nun buraxılacağını BƏYAN ETDİ

201572

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nda müdafiə ordusuna ehtiyac qalmaması ilə bağlı fikirləri erməni cəmiyyətində ajiotaj yaradıb.

Sfera.az xəbər verir ki, Ermənistan mediası mövzu ətrafında qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana sorğu göndərib:

 

Sorğuya cavab olaraq V.Balasanyan bunları bildirib:

 

"Silahlı qüvvələriniz buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb. Biz belə bir təkliflə çıxış etməmişik. “Artsax Respublikası”nın hərbi-siyasi hakimiyyətinin vahid nöqteyi-nəzəri silahlı qüvvələri nəyin bahasına olur-olsun, qoruyub saxlamaq, onları texniki cəhətdən müasir vasitələrlə təchiz etmək və döyüş tapşırıqlarını yerinə yetirən silahlarla təmin etməkdən ibarətdir".

 

Qeyd edək ki, oktyabrın 31-də Soçidə üçtərəfli görüş zamanı Paşinyan Dağlıq Qarabağda təhlükəsiz zonanın yaradıla biləcəyini və belə olan halda Dağlıq Qarabağın müdafiə ordusuna ehtiyacı qalmayacağını deyib.

 

Əzizə Zeynal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO