Dövlət Departamenti: Blinken Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib

Dövlət Departamenti: Blinken Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib

Hazırda oxunan: Dövlət Departamenti: Blinken Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib

201478

ABŞ dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. 
“Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib”,- deyə açıqlamada bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO