Məzahir Pənahovdan DSK rəhbərlərinə: “Kim tələbləri pozsa, cəzalandıracağıq”

Məzahir Pənahovdan DSK rəhbərlərinə: “Kim tələbləri pozsa, cəzalandıracağıq”

Hazırda oxunan: Məzahir Pənahovdan DSK rəhbərlərinə: “Kim tələbləri pozsa, cəzalandıracağıq”

201343

“Seçki məntəqələrində kim tələbləri pozsa, cəzalandıracağıq”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə çıxışı zamanı deyib.

O, dairə seçki komissiyalarının rəhbərlərinə xəbərdarlıq edib.
"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO