Bakı 3 erməni əsirini niyə geri qaytardı? – SƏBƏBLƏRİ AÇIQLANDI

Bakı 3 erməni əsirini niyə geri qaytardı? – SƏBƏBLƏRİ AÇIQLANDI

Hazırda oxunan: Bakı 3 erməni əsirini niyə geri qaytardı? – SƏBƏBLƏRİ AÇIQLANDI

20133

“Azərbaycan hər hansı bir humanist addım atanda qazanc haqqında düşünmür. Sadəcə olaraq bu, dövlət başçısının humanist bir addımıdır. Bu həm də onu göstərir ki, qaytarılan 3 erməni terrorçuların dəstəsində olsa da, əlləri azərbaycanlıların qanına batmayıbsa, onlar buraxılıb. Yəni, onlar terrorçu olaraq qalır, amma bəlkə də günahları digərlərindən daha azdır”. 

Bizim.Media ilə bu fikirlərini bölüşən politoloq Fikrət Sadıxov əlavə etdi ki, belə humanist addımların atılması Azərbaycanın imicini həmişə yüksək səviyyədə saxlayan amillərdəndir:

“Bizə qarşı 30 il ərzində işğalçı siyasətin aparılmasına, təxribatların törədilməsinə baxmayaraq biz müəyyən güzəştlərə getməyə hazırıq. Erməni hərbçilərinin qaytarılması da bunun bariz göstəricisidir”.

Xatırladaq ki, mayın 4-də Azərbaycan daha 3 erməni hərbçini İrəvana təhvil verib.

Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb. İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO