İlham Əliyev və Ərdoğan Şuşada yeni məscidin təməlini qoyacaqlar - ÖZƏL 

İlham Əliyev və Ərdoğan Şuşada yeni məscidin təməlini qoyacaqlar - ÖZƏL 

Hazırda oxunan: İlham Əliyev və Ərdoğan Şuşada yeni məscidin təməlini qoyacaqlar - ÖZƏL 

20126

“Ramazan ayından sonra qardaşımla birgə Şuşanı ziyarət edəcəyik”

Bu sözləri martın 31-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Bizim.Media-nın özəl qaynaqlardan əldə etdiyi məlumata görə, Şuşanın ən hündür hissəsində böyük bir məscid tikilməsi planlaşdırılır. Məscid Şuşada “beşmərtəbələr” adlanan yerdə 4 binanın yerində inşa olunacaq. 

Aldığımız məlumata görə, təməlqoyma mərasimi Azərbaycan və Türkiyə prezidentlərinin may ayının ikinci yarısında Şuşaya nəzərdə tutulan səfəri zamanı reallaşacaq. 

Əldə etdiyimiz digər vacib informasiya ondan ibarətdir ki, Azərbaycan və Türkiyə liderlərinin Şuşa səfəri zamanı məsciddən başqa daha bir neçə tikilinin təməlqoymaları reallaşacaq.

Belə ki, səfər çərçivəsində bir musiqi məktəbi, kollec, türk məktəbi və bir neçə inzibati binanın təməli qoyulacaq. Bununla yanaşı, Cıdır düzündə “Xarı bülbül” festivalı keçiriləcək. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO