TDT-nin dövlət başçıları COP29-la bağlı Azərbaycana dəstək veriblər

TDT-nin dövlət başçıları COP29-la bağlı Azərbaycana dəstək veriblər

Hazırda oxunan: TDT-nin dövlət başçıları COP29-la bağlı Azərbaycana dəstək veriblər

200815

Türk Dövlətləri Təşkilatının dövlət başçıları 2023-cü ildə Astana Zirvə görüşündə bəyan edilmiş, nazirlər səviyyəsində daimi Türk Ekoloji Forumunun yaradılması ilə bağlı Özbəkistan Respublikasının təşəbbüsünü və onun Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 2024-cü il noyabrın 11-22-də Bakının ev sahibliyi edəcəyi 29-cu sessiyası (COP29) çərçivəsində keçirilməsi nəzərdə tutulan ilk iclasını alqışlayırlar.

Bizim.Media xəbər verir ki, bu, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsində əks olunub.

Qeyd edilib ki, 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO