Ermənistanı Gürcüstanla birləşdirən körpü delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kirants və Açarkut kəndlərində yeni avtomobil yolunun dolama hissəsinin tikintisi ilə tanış olub.
Qeyd edilib ki, yeni yolun tikintisi Ermənistandan Gürcüstana gedən avtomobil yolunun üzərində yerləşən körpünün delimitasiya nəticəsində Azərbaycan tərəfinə veriləcəyi məqsədilə tikilir.
Eyni zamanda bölgüyə əsasən, Kirants kəndinin bir hissəsi - iki ev, yol və 50-yə yaxın torpaq sahəsi də Azərbaycan tərəfinin ixtiyarına keçəcək.
Bizim.Media