Şavkat Mirziyoyev: “COP29 çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırıq”

Şavkat Mirziyoyev: “COP29 çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırıq”

Hazırda oxunan: Şavkat Mirziyoyev: “COP29 çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırıq”

200744

“Ölkəmiz COP29 çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

O sözü gedən tədbirdə İqlim Dəyişmələri ilə Mübarizə Mərkəzinin yaradılması üzrə razılıq əldə olunacağına inandığını söyləyib:

“Bu region iqlim dəyişiklikləri məsələsində daha çox həssasdır. Mən inanıram ki, biz həmin tədbirdə İqlim Dəyişmələri ilə Mübarizə Mərkəzinin yaradılması üzrə razılıq əldə edə biləcəyik. COP29 Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün nəhəng tarixi tədbir olacaq. Mən Azərbaycana uğurlar arzulayıram. Biz bu tədbirdə fəal iştiraka və Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırıq. Bu il qarşılıqlı ticarət dövriyyəsində artım gözlənilir və biz bu tendensiyanın davam etməsində maraqlıyıq. Bundan əlavə, TDT çərçivəsində bir sıra rəqəmsal sistemlərin yaradılmasına nail olunub. Ümidvaram ki, təşkilat daxilində Dəmiryollarının İdarəetmə İttifaqının yaradılmasına da nail olacağıq və onun mənzil-qərargahı Daşkənd şəhərində yerləşəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO