“Mənim sözüm imzam qədər qüvvətlidir” ifadəsinin növbəti tarixi İSBATI - VİDEO 

“Mənim sözüm imzam qədər qüvvətlidir” ifadəsinin növbəti tarixi İSBATI - VİDEO 

Hazırda oxunan: “Mənim sözüm imzam qədər qüvvətlidir” ifadəsinin növbəti tarixi İSBATI - VİDEO 

200655

Xəbər verdiyimiz kimi, iyulun 5-də Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu gün Xankəndidə açılışı olan Qarabağ hoteli dovlətimizin başçısının hər zaman çıxışlarında dediyi “Mənim sözüm imzam qədər qüvvətlidir” ifadəsinin növbəti dəfə tarixi isbatını əks etdirib.

Sözügedən hotelin açılışı dövlət başçısının 3 il öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərinə səfəri zamanı olan dialoqunu gündəmə gətirib. Belə ki, 3 il öncə - 16 iyul 2021-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı qonaqlarla Şuşanı gəzən İlham Əliyev və Ərdoğan arasında tarixi dialoq yaşanıb.

“O yer ki var, bax, o iki dağın arası. Bax, ora da Xankəndi şəhəridir” deyən dövlətimizin başçısına Türkiyə lideri “Hotel oradadır?” deyə sual ünvanlayıb.

İlham Əliyev isə gülümsəyərək “Yox, amma orada da olacaq!” , deyə cavab verib.

Sözügedən görüntüləri təqdim edirik:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO