Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanacaq.
Bizim.Media bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd edib və bunu tarixi bəyanat kimi dəyərləndirib.
Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:28 / 05.07.2024
Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq
Hazırda oxunan: Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq
Hazırda oxunan: Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq
200621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.