Ukrayna üçün sülh işığı GÖRÜNDÜ – İstanbul razılaşmasının DETALLARI

Ukrayna üçün sülh işığı GÖRÜNDÜ – İstanbul razılaşmasının DETALLARI

Hazırda oxunan: Ukrayna üçün sülh işığı GÖRÜNDÜ – İstanbul razılaşmasının DETALLARI

200556

Ukrayna üzrə İstanbul razılaşmaları “masa üzərində” qalır və danışıqlar prosesinin əsasını təşkil edə bilər. 

Qazaxıstan KİV-lərinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışında deyib.

“Rusiya danışıqlardan heç vaxt imtina etməyib və indi sülh danışıqlarını davam etdirməyə hazırdır. Danışıqlardan imtina edən məhz Ukrayna olub. Bunu açıq şəkildə Londonun, demək, Vaşinqtonun birbaşa göstərişi ilə edib. Bu razılaşmaları Ukrayna nümayəndə heyətinin rəhbəri paraflayıb, bu, Kiyev üçün kifayət qədər uyğun idi. Bu razılaşmalar masa üzərində qalır və bu danışıqların davam etdirilməsi üçün əsas kimi istifadə oluna bilər”, - deyə o bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Rusiya atəşkəs elan edə bilməz, çünki…”


Qeyd edək ki, Kiyevlə Moskva arasında sülh danışıqları 2022-ci ilin mart-aprel aylarında İstanbulda müzakirə edilib. Həmin ilin martın 29-da Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşüblər. Bu görüşdə Rusiya razılaşmanı İstanbul Kommünikesi adlı iki səhifəlik sənəddə ümumiləşdirib. 

Sənədin mətni rəsmi qaydada ictimaiyyətə açıqlanmayıb. Lakin mətbuata sızdırılan məlumatlara görə, sözügedən razılaşmalarda atəşkəsin əldə olunması, Donetsk və Luqanskın statusu, eyni zamanda Krım məsələsinin həlli kimi məqamlar öz əksini tapıb.

Görünən odur ki, Putin yenidən həmin sənəd ətrafında müzakirələrdə israr edir.

Putinin sülh üçün əsas hesab etdiyi İstanbul razılaşması Ukraynada savaşı bitirməyə imkan verəcəkmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, İstanbul razılaşmasında şərt formasında 2022-ci ilin 24 fevral vəziyyətinə qayıtmaq, yaxud da ondan sonra yaranan mövqeyi donduraraq, danışıqlara başlamaq tələbi qəbul olunub:

“Bildiyim qədər Rusiya ilə Ukrayna arasında imzalanan İstanbul sənədi ictimaiyyətə tam şəkildə çatdırılmayıb. Amma bildiyim qədər orada şərt səviyyəsində bu və ya digər şəkildə 24 fevral vəziyyətinə qayıtmaq, yaxud da ondan sonra yaranan mövqeyi dondurmaq və danışıqlara başlamaq tələbi qəbul olunub. 

Həmçinin, həmin sənədə görə, Krım məsələsi danışıqlar mövzusu olmamalı idi. Yəni müvəqqəti atəşkəs rejimi bu və ya digər siyasi şərtlər olmadan qəbul olunmalı idi. Siyasi problemlərin isə sonradan müzakirə edilməsi nəzərdə tutulurdu. Donbas da danışıqlar mövzusu olaraq qəbul olunurdu. İstanbul danışıqları iki raundda keçirilib. Lakin sonradan Ukrayna birtərəfli qaydada həmin danışıqlardan çıxır.

Əsas məsələ odur ki, Putin tərəfindən Astanada həmin razılaşmaya yenidən diqqət çəkilib. Bu isə danışıqların mümkünlüyünü göstərir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO