Özbəkistan Prezidenti Azərbaycana GƏLİR 

Özbəkistan Prezidenti Azərbaycana GƏLİR 

Hazırda oxunan: Özbəkistan Prezidenti Azərbaycana GƏLİR 

200516

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün iyulun 5-6-da Azərbaycana işgüzar səfərə gələcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Ş.Mirziyoyevin mətbuat xidməti məlumat yayıb. 

Tədbirdə təşkilata üzv olan, eyni zamanda müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir. 

Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO