İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB 

İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB 

Hazırda oxunan: İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB 

200452

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edərkən deyib. 

“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, - dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO