“Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir.
Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik.
“Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:17 / 04.07.2024
Prezident: ”Sülhün bərqərar olunmasına ABŞ-ın dəstək vermək əzmini təqdir edirik”
Hazırda oxunan: Prezident: ”Sülhün bərqərar olunmasına ABŞ-ın dəstək vermək əzmini təqdir edirik”
Hazırda oxunan: Prezident: ”Sülhün bərqərar olunmasına ABŞ-ın dəstək vermək əzmini təqdir edirik”
200378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.