“Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimada əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında söyləyib.
“Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, Müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq daha da genişlənib.
Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir”, - deyə mətbuat katibi bildirib.
A.Hacızadə diqqətə çatdırıb ki, Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:18 / 03.07.2024
XİN: Astana görüşü Azərbaycan, Pakistan və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinə təkan verəcək
Hazırda oxunan: XİN: Astana görüşü Azərbaycan, Pakistan və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinə təkan verəcək
Hazırda oxunan: XİN: Astana görüşü Azərbaycan, Pakistan və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinə təkan verəcək
200324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.