Putin İlham Əliyevlə görüşdə MÜHÜM MESAJLAR verdi

Putin İlham Əliyevlə görüşdə MÜHÜM MESAJLAR verdi

Hazırda oxunan: Putin İlham Əliyevlə görüşdə MÜHÜM MESAJLAR verdi

200263

Xəbər verdiyimiz kimi, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib.

Bizim.Media "Sputnik"ə istinadən xəbər verir ki, Putin İlham Əliyevə Şimal-Cənub dəhlizi layihəsinin inkişafını müzakirə etməyi təklif edib.

"İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim. Təbii ki, indi hamıya məlum olan Şimal-Cənub magistralı burada ilk yerdədir, ümid edirəm ki, biz də bu barədə bir neçə söz deyəcəyik" - Putin deyib.
Kremlin sahibi bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edir, ilin birinci yarısında ticarət dövriyyəsinin artımı 13% təşkil edib.

"Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, əsas məsələlərə, xüsusən də ticarət-iqtisadi qarşılıqlı fəaliyyət məsələlərinə dair əlaqələrimiz müsbət inkişaf edir. Ticarət dövriyyəsi dörd milyarddan çoxdur, 4,3-4,5 isə Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya investisiyalarıdır. Ümumilikdə hər şey müsbət inkişaf edir" - Putin Əliyevlə görüşündə bildirib.

Vladimir Putin İlham Əliyevin rus dilinə şəxsi diqqətini qeyd edərək, bunun gələcəkdə iki ölkə arasında münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını deyib.

Rusiya lideri Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin yenicə başa çatdığını vurğulayıb:

“Mən həmişə Azərbaycanda 300-dən çox məktəbdə rus dilinin tədrisinə xüsusi diqqət yetirdiyinizi qeyd edirəm. Bu, bizim əlaqələrimizi qorumaq və inkişaf etdirmək üçün yaxşı əsas və perspektiv yaradır”.

Qeyd edək ki, görüş Azərbaycan və Rusiya liderlərinin ŞƏT sammiti sammiti çərçivəsində keçirilib. ŞƏT sammiti iyulun 3-4-də Astanada Müstəqillik Sarayında keçiriləcək.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkədən - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub.

Hindistan və Pakistan 2017-ci ildə, İran isə 2023-cü ildə ŞƏT-ə qoşulub. Belarusun təşkilata daxil olması prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO