Şuşada 8 liderin TARİXİ GÖRÜŞÜ: Dünyaya hansı mesaj veriləcək?

Şuşada 8 liderin TARİXİ GÖRÜŞÜ: Dünyaya hansı mesaj veriləcək?

Hazırda oxunan: Şuşada 8 liderin TARİXİ GÖRÜŞÜ: Dünyaya hansı mesaj veriləcək?

200226

Türk dünyasının diqqəti yenidən Şuşaya yönələcək. Belə ki, iyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə sammit baş tutacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər.

8 ölkə lideri Şuşada mühüm siyasi məsələləri müzakirə edəcək.

Bəs Şuşada keçirlməsi planlaşdırılan bu cür önəmli tədbir kimlərə, hansı mesajdır?

Deputat Elman Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması heç kimə qarşı deyil:

“Sadəcə olaraq böyük türk ailəsinin yaranması istiqamətində işlər görülür. Bu təşkilata üzv olan hər bir dövlətin mənafeyi burada təmsil olunur.

Bu görüş həm də türk düşmənçiliyini aparan kimlər varsa, onlara mesajdır. Biz bu birlikdə öz gücümüzü təmsil edirik - həm iqtisadi, həm hərbi, həm siyasi və s.
Birliyin daha da möhkəmlənməsi və daxil olan dövlətlərin sayının artması gözlənilir. Rusiya Federasiyasının tərkibində çox sayda muxtar qurumlar var. Bunlar türkdilli dövlətlərdir. Onların təşkilata üzv olmaq ehtimalı var. Bu, təbii ki, müəyyən mənada Rusiyanı narahat edir.

Eyni zamanda, bölgədə bu dövlətərə qarşı müxtəlif fitnə-fəsad törədənlər var. Bu görüş həm də onlara bir mesajdır ki, həmin türk dövlətləri tək deyil. Türk Dövlətləri Təşkilatının yaranması, güclənməsi, inkişaf etməsi dünyada sülhün bərqərar olmasına xidmət edir”.

Məhərrəm Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO