Zakir Həsənov Belarusa getdi - Hərbi paradda iştirak edəcək

Zakir Həsənov Belarusa getdi - Hərbi paradda iştirak edəcək

Hazırda oxunan: Zakir Həsənov Belarusa getdi - Hərbi paradda iştirak edəcək

200111

İyulun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Minsk şəhərində bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Günü ilə əlaqədar keçiriləcək hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin səfəri iyulun 3-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO