Azərbaycanın sərbəst güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatına birinci olub.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub.
Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119 xal) isə üçüncü yeri tutub.
Xatırladaq ki, Muhamməd İsmayılov (51 kiloqram) və İsa Yusibov (65 kiloqram) qızıl, Hüseyn İsmayılovla (60 kiloqram ) Muxamad Qantemirov (110 kiloqram) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kiloqram) və Hüseyn Hüseynov (55 kiloqram) isə bürünc medal qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:56 / 30.06.2024
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
Hazırda oxunan: Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
Hazırda oxunan: Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
199828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.