Bakı limanına gələn Rusiya gəmiləri ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO

Bakı limanına gələn Rusiya gəmiləri ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO

Hazırda oxunan: Bakı limanına gələn Rusiya gəmiləri ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO

199343

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya gəmiləri Bakı limanına daxil oldu - VİDEO


Mənbə qeyd edir ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO