Ceyhun Bayramov İqor Xovayevi Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi barədə məlumatlandırdı - FOTO

Ceyhun Bayramov İqor Xovayevi Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi barədə məlumatlandırdı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov İqor Xovayevi Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi barədə məlumatlandırdı - FOTO

199017

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.

C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO