Natali Aleksanyan: “Anklav kəndlər Azərbaycanın ayrılmaz hissəsidir” – EKSKLÜZİV  

Natali Aleksanyan: “Anklav kəndlər Azərbaycanın ayrılmaz hissəsidir” – EKSKLÜZİV  

Hazırda oxunan: Natali Aleksanyan: “Anklav kəndlər Azərbaycanın ayrılmaz hissəsidir” – EKSKLÜZİV  

198992

“Başa düşmək lazımdır ki, nə baş nazir Paşinyanın, nə də hər hansı digər rəsmi şəxsin Ermənistan Respublikasının suveren ərazilərinin təslim edilməsi ilə bağlı qərar qəbul etmək hüququ yoxdur. Konstitusiya heç kimə belə səlahiyyətlər vermir, ona görə də belə qərarlar müstəsna olaraq, referendum nəticəsində verilə bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib. 

Anklav kəndlərin Azərbaycana qaytarılmasını şərh edən Aleksanyan, bunun üçün Ermənistanda referendum keçirilməsinə ehtiyacın olmadığını, həmin ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edib:

“Nikol Paşinyan anklavlardan danışarkən, çox güman ki, ölkələr arasında suveren ərazilərin mübadiləsinin konkret delimitasiya tapşırıqlarının praktiki həyata keçirilməsini asanlaşdıra biləcəyini nəzərdə tutub. Bəli, çox güman ki, söhbət mümkün anklav mübadiləsindən gedir. 

Digər tərəfdən, Azərbaycan anklavlarının qaytarılması üçün heç bir referendumun keçirilməsinə ehtiyac yoxdur, çünki hüquqi baxımdan bu ərazilər Azərbaycanın tərkib hissəsidir və Ermənistan qanunvericiliyinə tabe deyil. Beləliklə, belə bir fərziyyə irəli sürə bilərik ki, söhbət konkret olaraq geri qaytarılmadan deyil, anklavların mübadiləsindən gedir”, - deyə N.Aleksanyan bildirib.

Paşinyanın sülhdə qərarlı olduğuna diqqət çəkən bloger, sərhəddə atəşkəsin pozulmasını araşdırmaq üçün Bakıya müraciət edən baş nazirin səmimi olduğunu da sözlərinə əlavə edib.

“Baş nazir Paşinyanın addımlarını sülhün yaxınlaşması istiqamətində atılan addım kimi qiymətləndirirəm. Nikol Paşinyanın vaxt itirməyə və çətinlik yaratmağa ehtiyacı yoxdur - bu, nə Ermənistana, nə də şəxsən ona sərf edəcək. Onun konstruktiv dialoqa hazır olması və konkret təklifləri – məsələn, sərhəddə baş verən hərbi insidentlərin birgə araşdırılması – Paşinyanın problemi mümkün qədər tez həll etmək istədiyini göstərir”, - deyə qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO