Türkiyə səfirindən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Türkiyə səfirindən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Hazırda oxunan: Türkiyə səfirindən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

19894

"Türkiyə və Azərbaycan arasında dünyada tayı bərabəri olmayan və ürəklərə həkk olunan qardaşlığa birlikdə şahid oluruq və yaşayırıq. Heç şübhəsiz, bu qardaşlığın təməli ortaq tarix və mədəniyyətə dayanır".

Bizim.Media məlumat verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı vətəndaşlara müraciətində bildirib.

“Türkiyənin qurucusu Mustafa Kamal Atatürk deyib: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”.

Onun bu sözləri ilə ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı qardaşlıq əlaqələrimizin təməlini təşkil edir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları isə bu qardaşlığı qorumağa hesablanan bir and və ikili münasibətlərimizi daha da irəliyə aparmaq iradəsinin göstəricisidir” - səfir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO