Makronun kürəyinə sancılan “DOST” XƏNCƏRİ – Fransa liderinin sonu YAXINLAŞIR...

Makronun kürəyinə sancılan “DOST” XƏNCƏRİ – Fransa liderinin sonu YAXINLAŞIR...

Hazırda oxunan: Makronun kürəyinə sancılan “DOST” XƏNCƏRİ – Fransa liderinin sonu YAXINLAŞIR...

198784

Fransa Prezidenti Emmanuel Makronun vəziyyəti yaxşı deyil. Belə görünür ki, Fransa lideri siyasi səhnədə son günlərini yaşayır. 

Doğrudur, o hələlik dirəniş göstərir. Amma bu dirənişdə ona ən yaxın adamları belə kömək durmur. Əksinə Makrona qarşı çıxırlar.

Fransada nə baş verir?

Məlum olduğu kimi, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı Milli Birlik partiyası 31,36% səs toplayaraq prezident Makron tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Makronun “Renessans”(İntibah) partiyasını seçicilərin cəmi 15,2%-i dəstəkləyib. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və iki mərhələdə - 30 iyun və 7 iyulda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. 

Növbədənkar seçkilərə getməklə Makron son seçkilərdəki məğlubiyyətini sığortalamaq istəyir. Amma vəziyyət Fransa liderinə yaxşı heç nə vəd etmir. Çünki Makronun nə vahid komandası, nə də ki, uğurlu seçki platforması yoxdur. Ən acınacaqlısı odur ki, ən yaxın silahdaşları belə Makrondan üz çevirib.

İlk zərbə baş nazirdən gəldi…

Makrondan üz döndərənlərin başında Fransanın Baş naziri Qabriel Attal dayanır. Ötən həftə Attal özünü azad Baş nazir kimi təqdim edib. Bu həftənin sonunda isə o, Fransa xalqını növbəti hökumət başçısını seçməyə çağıran proqram hazırlayıb.

Bu ilin yanvarın 9-da Makron tərəfindən baş nazir təyin edilən Qabriel Attal  iyunun 30-da seçkilərə öz komandası ilə qatılacaq. O son televiziya çıxışında bildirib ki, seçki kampaniyasında Emmanuel Makronla fikir ayrılıqları var. Ona görə də növbədənkanar seçkilərə Makronsuz gedəcək. “France 2”dəki son çıxışında belə o ətrafından Makronun bütün fotolarını yığışdırtdırıb.

Fransanın Baş naziri hətta Makronun dövründə planlaşdırılan iqtisadi islahatlara alternativ siyasət irəli sürəcəyini bəyan edib. Xatırladaq ki, bundan əvvəl Attal “Le Parisien” qəzetinə müsahibəsində demişdi ki, yeganə məqsədi yeni parlamentdə çoxluğu qazanmaq və baş nazir kimi qalmaqdır.

Gənclər hərəkatının lideri də “dönük çıxdı”

İntibah partiyasında başlayan “yarpaq tökümü” getdikcə daha böyük coğrafiyanı əhatə edir. Məsələn, Gənclər hərəkatının lideri, sadiq deputat Amboise Méjean belə Makronla işləyib-işləməyəcəyini dəqiqləşdirə bilmir. Bundan əlavə, Fransa mətbuatı yazır ki, seçki kampaniyasını davam etdirmək və yenidən deputat olmaq üçün Makronun tapşırıqlarına bir çox keçmiş deputatlar həvəzsiz yanaşır. Ən əsası bu istiqamətdə heç kim birinci olmaq istəmir.

Artıq İntibah partiyasının bir çox üzvləri prezidentdən uzaq durmağa başlayıblar. Fransa nəşrlərinin yazdığına görə Makronun partiyasından parlamentə yenidən namizəd olanlar belə prezidentin “iyrənc fiqurundan” uzaqlaşmağa üstünlük verirlər. Hətta seçki kampaniyası zamanı təşviqat materiallarında Makronun şəklini belə yaxın buraxmırlar.

İntibah partiyasının ofisindəki bəzi şəxslər hətta müxalifətlə “birgə  parlament” məsələsini müzakirə etməyə başlayıb. Bəzi deputatlarsa növbəti seçkilərə qatılmaqdan imtina edib və özlərinə yeni iş axtarmağa başlayıblar.  

Makron nə etdiyini bilmir?

Bəzi Avropalı ekspertlər hesab edir ki , proseslər Fransa üçün yaxşı heç nə vəd etmir. Məsələn Aİ-nin Breksit üzrə müzakirəçisi Mişel Barnye bildirib ki, Makronun rəhbərlik etdiyi İntibah partiyasının seçkilərdə sağçı Milli Birlik üzərində qələbə qazanacağına ümidlər çox azdır:

“Ona görə də Fransa prezidenti Emmanuel Makronun ölkə parlamentinin vaxtından əvvəl buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanın Avropa İttifaqından çıxmasına səbəb ola bilər”.

Diplomatın fikrincə  Milli Birliyin liderləri respublikanın Avropa İttifaqından çıxmasına pis baxmır.

Arvadı da Makrona problem olub

Bu azmış kimi əleyhdarları onun xanımı Bricitin cinsi azlıq nümayəndəsi olması məsələsini yenidən gündəmə gətiriblər. Başını itirən Makron heç Briciti müdafiə etmək iqtidarında belə deyil. Ona görədir ki, səslənən iddialara qarşı Fransanın birinci xanımı və onun qardaşı Jan-Mişel Tronye çıxış ediblər.

Artıq ötən həftə Fransada prezident Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən fransız jurnalistlər Nataşa Rey və Amandine Royun işi üzrə məhkəmə keçirilib. Məhkəmə Parisdəki İslah Tribunalında baş tutub. Bricit Makron məhkəməyə gəlməyib, onun maraqlarını vəkil təmsil edib.

Bricit Reyi böhtanda ittiham edir, Jan-Mişel Tronye isə də xəstə olduğunu bəhanə gətirərək iclasda iştirak etməyib. Məhkəmədə yalnız Reyin hazırladığı materialları yaymaqda ittiham olunan 49 yaşlı Amandine Roy iştirak edib.

Bricit Makronun vəkili hər iki qadının hər birinin 10 min avro cərimələnməsini istəyib. Məhkəmə iş üzrə sentyabrın 12-də qərar çıxaracaq.

Göründüyü kimi Makron meydanda tək qalıb. 

Maraqlıdır ki, təkçə sağçılar yox, sabiq liderlər də Makrona qarşı bir cəbhədə birləşiblər. Məsələn, ölkənin keçmiş rəhbəri Nikola Sarkozi Makronun erkən seçkilərlə bağlı qərarının ölkəni xaosa sürükləyə biləcəyini deyib. Seçki prosesinin ən maraqlı xəbəri keçmiş prezident Fransua Ollandın deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Görünür, vaxtilə Makrona uduzan Olland qisas almağın vaxtı çatdığı qənaətinə gəlib. 

Makron üçün ən təhlükəli rəqibsə sağçı - “Milli Birlik” partiyasının rəhbəri 28 yaşlı Cordan Bardelladır. Nəzərə alaq ki, Makronun İntibah  partiyası Avropa Parlamentinə seçkilərində ifrat sağçılara "Milli Birlik" partiyasına uduzub.
Hadisələrin inkişafı onu göstərir ki, yaxın gələcəkdə nəinki Makron istefaya gedə bilər, hətta Fransa çox ciddi siyasi qərarlar vermək məcburiyyətində qala bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO