Ermənistanda BÖHRAN: “Xalq bezib, Paşinyanın güvənəcəyi adam QALMAYIB”

Ermənistanda BÖHRAN: “Xalq bezib, Paşinyanın güvənəcəyi adam QALMAYIB”

Hazırda oxunan: Ermənistanda BÖHRAN: “Xalq bezib, Paşinyanın güvənəcəyi adam QALMAYIB”

198770

“Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək istəmir. Özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır”

Bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Maraqlıdır, Ermənistanın Baş naziri yaratdığı süni gərginlikdən bezib, yoxsa xalqın nüfuzunu qazanmaq üçün bu fikirləri səsləndirir?
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Ermənistan xalqı döyüşmək istəmir, sadəcə yaşamaq istəyir”


Politoloq Tural İsmayılov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O, Ermənistandakı siyasi mənzərəni belə şərh edib:

“Keşiş Baqrat Qalstanyanın qurduğu siyasi tamaşanın ətrafında ciddi şəkildə seyrəlmələr müşahidə edilir. Əslində, Ermənistan mediası da mitinq iştirakçıları arasında azalmaların artdığını nümayiş etdirir. Bu baxımdan artıq proseslərin Nikol Paşinyanın nəzarətindən çıxaraq idarəolunmaz bir səviyyəyə çatmayacağını düşünürəm. 

Birincisi, bunun üçün Ermənistanda sosial kütlə və dayaq yoxdur. Erməni xalqı keşiş Baqratın arxasında birləşəcək vəziyyətdə deyil. 

İkincisi, Qalstanyanın özünün siyasi xarizması yoxdur. Onun arxasında Paşinyanı devirmək istəyən xarici güc faktorları olsa da, keşiş hansısa siyasi avtoritetə və ya obraza malik deyil. Ona görə də ətrafında böyük insan kütlələrini cəmləşdirə bilmir. 

Bundan başqa, Ermənistan xalqı artıq qarışıqlıqdan, ictimai-siyasi sabitsizlikdən və xaosdan bezib. Bu səbəbdən də Nikol Paşinyana qarşı hansısa ciddi inqilabi proseslərin və hərəkətlənmələrin olacağını güman etmirəm. Bu gün Paşinyanın komandasında güvəniləcək adam qalmayıb. Baş nazir daimi, uzunmüddətli kadrlar tapmaqda çətinlik çəkir. 

Sözügedən məqam da Ermənistanda hakim komanda daxilindəki fikir ayrılığından və siyasi münasibətlər sisteminin kövrəkliyindən xəbər verir. Təhlükəsizlik, polis və hərbi sistemdə hakimiyyətə bağlı olan qüvvələrin sayı azdır. Bu da öz növbəsində ölkədəki böhranı daha da dərinləşdirir”.

Məhərrəm Əliyev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO