Növbədənkənar seçkilərlə bağlı Milli Məclisdə KOMİSSİYA YARADILDI  

Növbədənkənar seçkilərlə bağlı Milli Məclisdə KOMİSSİYA YARADILDI  

Hazırda oxunan: Növbədənkənar seçkilərlə bağlı Milli Məclisdə KOMİSSİYA YARADILDI  

198291

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi ilə bağlı layihənin hazırlanması üçün parlamentdə komissiya yaradılıb. 

Bizim.Media xəbər verir ki, komissiyanın sədri Milli Məclisin vitse-spikeri Adil Əliyev olacaq. 

Komissiyanın üzvləri isə aşağıdakı deputatlardır: 

Siyavuş Novruzov; 

Tahir Rzayev; 

Eldar Quliyev; 

Fəzail Ağamalı; 

Elşən Musayev; 

Nigar Arpadarai. 

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib 
Parlamentin bu gün keçirilən iclasında isə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO