SON DƏQİQƏ: Milli Məclis Prezidentə MÜRACİƏT EDİB

SON DƏQİQƏ: Milli Məclis Prezidentə MÜRACİƏT EDİB

Hazırda oxunan: SON DƏQİQƏ: Milli Məclis Prezidentə MÜRACİƏT EDİB

198283

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.  

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında layihə əlavə edilib.

Bununla da parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.

Müraciəti parlamentdə deputat Hikmət Babaoğlu səsləndirib.

Məsələ ilə bağlı çıxış edən deputatlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi məsələsinə müsbət rəylərini bildiriblər. 
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO