Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

Hazırda oxunan: Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

198066

Malayziyanın nüfuzlu media qurumlarından olan “Astro Awani”də “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb.

Bizim.Media xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabr ayında Bakıda keçiriləcəyi bildirilib, qeyd olunan tədbirin mahiyyətindən söz açılıb.

Yazıda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi prioritetini də ehtiva etməsindən, ölkəmizin 2016-cı ildə Paris Sazişini imzaladıqdan sonra 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı öhdəsinə götürməsindən, Azərbaycanda bərpaolunan enerji mənbələri baxımından yüksək potensialın olmasından, əlverişli investisiya mühitindən, o cümlədən alternativ enerji mənbələrinə xarici investisiyaların cəlb edilməsi üçün münbit şərait yaradılmasından bəhs olunur.

Məqalədə qeyd edilir ki, Azərbaycanın yaşıl dünya strategiyası çərçivəsində göstərdiyi səylər digər ölkələr üçün nümunə ola bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO