İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zamanda yüksək nüfuz və etimad qazanıb”

İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zamanda yüksək nüfuz və etimad qazanıb”

Hazırda oxunan: İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zamanda yüksək nüfuz və etimad qazanıb”

197951

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir.

Bizim.Media xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində yer alıb.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir”, - deyə müraciətdə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO