Macarıstanlı deputatlar Milli Məclisdə - FOTO

Macarıstanlı deputatlar Milli Məclisdə - FOTO

Hazırda oxunan: Macarıstanlı deputatlar Milli Məclisdə - FOTO

197722

İyunun 17-də Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan Apati Milli Məclisdə olublar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli dövlətlərarası münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edib, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolunu vurğulayıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında qanunverici orqanların özünəməxsus rolu qeyd olunub, qarşılıqlı səfərlərin, aparılan görüşlərin, müntəzəm təmasların, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb. Parlamentlərin müvafiq komitələri, o cümlədən də parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışan Əli Hüseynli Macarıstan tərəfinə Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirakına görə təşəkkürünü bildirib.

Görüşdə çıxış edən parlamentin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə toxunub, əlaqələrin dərinləşməsində ölkə başçılarının şəxsi münasibətlərini qeyd edib.

Azərbaycana səfərin məqsədləri barədə danışan Azərbaycanla dostluq qrupunun rəhbəri Attilla Tilki, iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Bildirib ki, xalqlarımızı ortaq dəyərlər birləşdirir.

Dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının yürütdüyü məqsədyönlü siyasət barədə danışan Azərbaycanla dostluq qrupunun rəhbəri Macarıstanın ölkəmizin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini vurğulayıb, bu dəstəyin bundan sonra da bütün səviyyələrdə davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO