“Bu gün dünya öz istiqamətində, öz inkişafında, öz çağırışlarında, öz təhdidlərində, öz problemlərində strateji təhlil və konseptual baxış tələb edir. Atdığımız hər bir addım, hər bir nəticə məhz strateji təhlil nöqteyi-nəzərdən həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda bildirib.
“Bu gün tarixi gündür. Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik. Təsadüfü deyil ki, bizim bu üçüncü sessiyamız “Türk dünyası-2040”: gələcəyə konseptual baxış” adlandırılır. Bundan öncəki hər iki sessiya gələcəyə baxışla bağlı idi. Hər iki sessiyada dərin, məzmunlu, vacib əhəmiyyətli məsələlər müzakirə edildi”, - deyə o qeyd edib.
Səməd Seyidovun sözlərinə görə, 2009-cu ildə yaradılmış qurum məhz strateji və konseptual baxış nəticəsində 2021-ci ildə Türk Dövlətləri Təşkilatı zirvəsinə yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:06 / 15.06.2024
“Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik” - Səməd Seyidov
Hazırda oxunan: “Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik” - Səməd Seyidov
Hazırda oxunan: “Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik” - Səməd Seyidov
197456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.