Səməd Seyidov: “Şuşa Bəyannaməsi dünyada Türk dünyasının mövcudluğunu dəyişir”

Səməd Seyidov: “Şuşa Bəyannaməsi dünyada Türk dünyasının mövcudluğunu dəyişir”

Hazırda oxunan: Səməd Seyidov: “Şuşa Bəyannaməsi dünyada Türk dünyasının mövcudluğunu dəyişir”

197450

“Müharibədə 44 gün ərzində qalib gələn Azərbaycan illər boyu strateji siyasət aparırdı, konseptual yanaşmalar gündəmə gətirirdi. Təsəvvür edin, müharibə qutarandan, cəmi bir neçə ay keçəndən sonra müqəddəs Şuşada Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə strateji baxış fəlsəfəsidir. Gələcəyə baxış fəlsəfəsidir. Konseptual yanaşma fəlsəfəsidir. Bu, mənzərəni tamamilə dəyişir. Dünyada Türk dünyasının mövcudluğunu dəyişir”.

Bizim.Media xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Türk dünyası-2040”: gələcəyə konseptual baxış” mövzusunda üçüncü plenar sessiyanın moderatoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S. Seyidev qeyd edib ki, üstündən bir neçə müddət keçəndən sonra İstanbulda Zirvə toplantısında “2040 – dünyaya strateji baxış” adlandırılan, mühüm strateji əhəmiyyət kəsb edən sənəd qəbul olunur:

“O sənədin içərisində bu gün müzakirə etdiyimiz demək olar ki, bütün mövzular əhatəsini tapıb. Orada dörd əsas istiqamət tapa bilərsiniz. Birincisi, xarici siyasət, ümumiyyətlə, siyasət və təhlükəsizlik. 

Bu gün bu haqa bütün məsələlər müzakirə olundu. İkincisi, iqtisadiyyat, bu məsələlər də müzakirə olunacaq. Üçüncüsü, xalqlarımız arasında əlaqələr, onların yaxınlaşması, bu gün Şimali Kiprin burada olması, bizim ailəmizin üzvü kimi fəaliyyət göstərməsi, çıxış etməsi bu siyasətin, bu strategiyanın nəticəsidir. Nəhayət, dördüncüsü, dünya dillərində danışmaq, dünya ilə ünsiyyət qurmaq, dünyanı Türk dünyasına yaxınlaşdırmaq və Türk dünyasını dünyaya açmaq siyasətidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO