“Rusiya sülhməramlıları Qarabağda onlara tapşırılan bütün tapşırıqları yerinə yetirdilər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
MÖVZU İLƏ BAĞLI:
Sülhməramlılar Qarabağı tam TƏRK ETDİLƏR - VİDEO
Politoloq rus sülhməramlılarının Azərbaycan ərazilərini tam tərk etməsini belə şərh edib:
“Əsas vəzifə Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı çəkişmənin, təxribatın qarşısını almaq, orada sülh və əmin-amanlığı qorumaq idi. Ermənistan hakimiyyətinin hərəkətləri ucbatından orada sülhməramlıların olmasının artıq mənası yox idi. Buna görə də Rusiya və Azərbaycan liderləri arasında razılaşmalar məhz sülhməramlıların Qarabağdan tezliklə çıxarılması ilə bağlı idi”, - deyə D.Qrevtsova deyib.
Politoloq hesab edir ki, Azərbaycan və Rusiya arasında sülhməramlılarla bağlı anlaşma dostluğun təzahürüdür.
“İyunun 12-də sülhməramlıların Qarabağdan çıxması prosesinə yekun vuruldu. Rusiya və Azərbaycan nümayəndələri bildiriblər ki, sülhməramlılar iyunun 12-də, Rusiya Günündə öz postlarını tərk ediblər. Bu da təbii ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşmanın, dostluğun, tərəfdaşlığın olduğuna işarədir.
Sülhməramlıların Qarabağdakı fəaliyyəti ilə bağlı məsələlər çoxdan razılaşdırılmışdı. Ona görə də heç bir sürpriz müşahidə olunmadı”, - deyə politoloq əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media