Bredixin təxribat planını İFŞA ETDİ – “Naxçıvanda atəşkəs ona görə pozuldu ki...” – ÖZƏL 

Bredixin təxribat planını İFŞA ETDİ – “Naxçıvanda atəşkəs ona görə pozuldu ki...” – ÖZƏL 

Hazırda oxunan: Bredixin təxribat planını İFŞA ETDİ – “Naxçıvanda atəşkəs ona görə pozuldu ki...” – ÖZƏL 

197224

“Naxçıvan istiqamətində atəşkəsin pozulması çox narahatedici xəbərdir. Bunun müxtəlif səbəbləri ola bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin deyib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Naxçıvandakı mövqelərimiz yenidən atəşə tutuldu


Ermənistanın ötən gün Naxçıvan istiqamətində atəşkəsi pozmasını şərh edən politoloq, bir neçə məqama toxunub:

“Həqiqətən də Ermənistanda indi baş verən daxili iğtişaşlar daha böyük hadisələrə yola aça bilər. O cümlədən, Azərbaycanla Ermənistan arasında münasibətlər sisteminə, ümumilikdə təhlükəsizliyə təsir göstərə bilər. Düşünmürəm ki, Paşinyanın rəqibləri bunu edə bilərdilər. Əksinə, Paşinyan üçün Rusiya ilə gərginliyi başqa əraziyə köçürmək, xalqın qəzəbini Azərbaycana qarşı yönəltmək daha faydalıdır”.

“Paşinyan Qərbin taktikasına əl atır”

Bredixin hesab edir ki, Paşinyan daxildəki proseslərdən boyun qaçırmaq üçün hər zaman istifadə etdiyi kartdan yenə də istifadə edir: 

“Söhbət təmas xəttində gərginlik yaratmaqdan gedir. Ona görə də indiki halda mən Paşinyanın hərəkətləri ilə bu təxribat arasında birbaşa əlaqə görürəm. Təbii ki, bu, Qərb ölkələri tərəfindən bir neçə dəfə istifadə edilmiş bir taktikadır. Onlar da ölkədəki sosial etirazları azaltmaq üçün qeyri-sabitlik yaratmağa çalışırlar”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO