Azərbaycanla Aİ arasında təhlükəsizlik dialoqunun 5-ci raundu keçirilib - FOTO

Azərbaycanla Aİ arasında təhlükəsizlik dialoqunun 5-ci raundu keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycanla Aİ arasında təhlükəsizlik dialoqunun 5-ci raundu keçirilib - FOTO

197190

İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda Hikmət Hacıyev  "X" hesabında məlumat paylaşıb.

"Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik dialoqunun 5-ci raundunu keçirdik. Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması məsələsini və qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdik. Azərbaycanın Aİ-nın dəyərli və etibarlı əməkdaşı olduğu vurğulandı." - deyə H. Hacıyev qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO