“Misir qədim və zəngin tarixi və mədəniyyəti olan bir müsəlman ölkəsidir. Misir həm də Azərbaycanın dostu olan bir ölkədir və bu dostluğun tarixi çox-çox qədimlərə gedib çıxır. Orta əsrlər dönəmində Azərbaycan-Misir ticarət və mədəni əlaqələri haqqında mənbələrdə çox geniş məlumatlar vardır. Müasir Azərbaycan-Misir dostluq münasibətlərinin əsası isə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin bu ölkəyə səfəri ilə qoyulub. Sonrakı illərdə hər iki ölkənin müxtəlif beynəlxalq təşkilatlar – BMT, İƏT, Qoşulmama hərəkatı və s. çərçivəsində sıx əməkdaşlığı da məhz həmin səfərdən sonra başlanıb”.
Bizim.Media editor.az-a istinadən xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ötən həftə Qahirəyə baş tutan səfəri isə Azərbaycan-Misir münasibətləri tarixində yeni bir mərhələdir:
“Hər iki ölkənin bu münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün həm siyasi iradəsi, həm iqtisadi potensialı, həm də nəqliyyat-tranzit imkanları var. Həm Azərbaycan, həm də Misir çox əlverişli coğrafi mövqedə yerləşməklə, Asiyanı Avropaya, Avropanı Afrikaya və Yaxın Şərqə bağlamaq imkanlarına sahibdirlər.
Lakin bu ölkələri bağlayan, birləşdirən yalnız iqtisadi və siyasi maraqlar deyildir. Mənəvi dəyərlər, ən başlıcası isə böyük İslam dini Azərbaycan və Misir xalqlarını yaxınlaşdıran, həmrəy edən ən böyük gücdür. Təsadüfi deyil ki, Cənab İlham Əliyevin Misirə səfər proqramında Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü də baş tutub.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin xətti ilə həyata keçirilən çoxşaxəli tədbirlər, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri və s. bu sistemin yalnız kiçik bir hissəsidir”.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin çoxşaxəli və çoxvektorlu siyasi xətti coğrafi məkan tanımamaqdadır:
“Planetin bütün qitələrini əhatə edən bu xarici siyasət xətti yaxınları uzaq etməklə, dostlarımızın sayını çoxaltmaqla, düşmənlərimizin də həlqəsini daraltmaqdadır. Artıq dünənə qədər asıb-kəsən, bizə “diş qıcayan” ən böyük dövlətlər belə özlərinin Azərbaycan siyasətinə yenidən baxmaq barədə düşünməyə başlayıblar. Bu artıq qələbədir: haqqın, həqiqətin və sağlam düşüncənin qələbəsi!”
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:36 / 12.06.2024
Fərid Şahbazlı: “Ən böyük dövlətlər belə Azərbaycanla bağlı siyasətlərinə yenidən baxırlar”
Hazırda oxunan: Fərid Şahbazlı: “Ən böyük dövlətlər belə Azərbaycanla bağlı siyasətlərinə yenidən baxırlar”
Hazırda oxunan: Fərid Şahbazlı: “Ən böyük dövlətlər belə Azərbaycanla bağlı siyasətlərinə yenidən baxırlar”
196944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.