Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı çərçivəsində Ukraynanın xarici ilər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.
C.Bayramov Ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.
Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:40 / 11.06.2024
Ukrayna tərəfi göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə Azərbaycana TƏŞƏKKÜR EDİB
Hazırda oxunan: Ukrayna tərəfi göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə Azərbaycana TƏŞƏKKÜR EDİB
Hazırda oxunan: Ukrayna tərəfi göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə Azərbaycana TƏŞƏKKÜR EDİB
196835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.