Prezidentin köməkçisi Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb - FOTO

Prezidentin köməkçisi Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb - FOTO

Hazırda oxunan: Prezidentin köməkçisi Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb - FOTO

196230

Türkiyənin birinci xanımı Əminə Ərdoğanla Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov arasında İstanbulda görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əminə Ərdoğan rəsmi "X" hesabında məlumat paylaşıb.

Qeyd edilib ki, Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb:

“Sammitlə bağlı əməkdaşlıq sahələrimizi dəyərləndirdik. Bir daha Azərbaycanın iqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən bu mühüm zirvə toplantısına ev sahibliyi edəcəyinə görə sevincimizi ifadə etdim. Türkiyə olaraq hər zaman qardaş ölkəmiz Azərbaycanın yanındayıq”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO