Ermənistana yenidən silah verən ölkələrin SİYAHISI 

Ermənistana yenidən silah verən ölkələrin SİYAHISI 

Hazırda oxunan: Ermənistana yenidən silah verən ölkələrin SİYAHISI 

19620

“Ermənistanı silahlandıranlar arasında birinci yerdə Rusiyadır. Ondan sonra, Ermənistana silah ixrac edənlər arasında Hindistan, Polşa da var. Hətta Ermənistanın Polşa ilə birgə istehsalları da mövcuddur. Tovuz hadisələrindən (2020-ci il 12 iyul) sonra izlənmə nəticəsində məlum olub ki, Ermənistana İordaniyadan zenit raket kompleksləri gətirilib”.

Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya bildirib ki, Ermənistana ümumi silah ixracatçıları sadalanan dövlətlərdir.

“Məhəmməd peyğəmbərin nəslindən olanların idarə etdiyi dövlət İrəvanı silahla təchiz edir” sualımıza ekspert elə ölkə başçısından sitat gətirdi:

“Yadınızdadırsa, cənab Prezident də səslənirdi ki, müsəlman ölkələri məscidləri dağıdanlarla necə əməkdaşlıq edir. Ali Baş Komandan, məhz bu məsələlərə sətiraltı toxunurdu”.

Amma müharibə ərzində Ermənistana silah daşınmasına İran da kömək edirdi...

“Təbii ki, Ermənistana silah yardımı edən islam ölkəsi təkcə İordaniya deyil, onların da uzun siyahısı var”

Bəs bu günlərdə Rusiyadan humanitar yardım adı ilə Gürcüstan vasitəsilə Ermənistana daşınan və qarşısı alınan yüklər barədə nə deyə bilərsiniz?

“Bilirsiniz, müharibədə bəlli bir itkilər var. O ziyanın isə yerini doldurmaq lazımdır. Adı çəkilən ölkələr Ermənistana silah satışını nağd pulla həyata keçirirsə, Rusiya bunu regionda balansı saxlamaq üçün reallaşdırır. Əslində, öz silahını İrəvana pulsuz vermək Moskvaya elə də xoş deyil. Çünki Ermənistan Azərbaycana məğlub olduğu döyüşlərdə bu silahları biabır edib. Rusiya silahlarının nüfuzuna Ermənistan qədər ziyan vuran ikinci bir ölkə yoxdu”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO